Men nece yasayim olu gunleri?!

2011-04-17 12:38:00
Men nece yasayim olu gunleri?! |  görsel 1

Sən məni təkliyin aldın əlindən, Təzədən təkliyə düçar eylədin. Özün kövrəkliyin... alıb əlindən, Özün kövrəkliyə düçar eylədin... Ömrümün, günümün bu qürub çağı, Ruhumda baharı göyərdə bildin. Könlümdə qaralan odu, ocağı, Təzədən yandırıb közərdə bildin. Təzədən açıldı qolum, qanadım, Təzədən od saldım sənin odundan. Hətta saçlarıma məhəl qoymadım, Hətta yaş həddi də çıxdı yadımdan. Qələmi, dəftəri qoydum bir yana, Az qala ilhamı yaddan çıxartdım. Səpdim günlərimi ayaqlarına, Adınla oyandım, adınla yatdım... Demə bu məhəbbət, demə bu sevgi, Ötəri hiss imiş, ötəri həvəs. Yox imiş təməli, yox imiş kökü, Dəyəri bir qara qəpiyə dəyməz. Özün bu sevdaya sövq etdin məni, Sonra öz əlinlə özün dağıtdın, Özün hicrana öyrətdin məni, Özün bu kitabı açdın, bağladın. Özün də axırda dandın sözünü, O andlar, amanlar de, harda qaldı? Sən gəldin, yollardan çəkdim gözümü, Sən getdin, gözlərim yollarda qaldı... Yenə də tuş oldum qəmə əzizim, Soldu bağçalarım, soldu bağlarım. Tənhalıq ölümmüş demə, əzizim, Mən necə yaşayım ölü günləri?! Devamı

GET (Huseyn Cavid)

2011-04-17 12:31:00
GET (Huseyn Cavid) |  görsel 1

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş? Bilirəm bən səni, get! Hər sözün əfsa...nə imiş. Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul! Duydum artıq sənin eşqindəki məna nə imiş!.. Bivəfasən, mələk olsan belə uymam daha, get! Kim ki uymuş sana, könlüm kibi divanə imiş. Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get! Anladıq şəfqəti-ayini-məsiha nə imiş! Səni bir sadədil, azadə mələk sanmış idim, Neyləyim!.. Ah... könül ruhuna biganə imiş. Səni təqdis edərək bir daha sevməm əsla, Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş! Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın! Bildik artıq bu cihan mülkü nə viranə imiş!.. Devamı

Qadin ureyi(TOFIQ BAYRAM)

2011-04-17 12:26:00
Qadin ureyi(TOFIQ BAYRAM) |  görsel 1

  Necə rəhmlidir, necə amansız, Necə mehribandır qadın ürəyi! Sən onu sındırsan, bil ki, a qansız, Ağlayan kamandır qadın ürəyi. ...Güldürsən, ömürlük səadətindir, Söndürsən, yanmağı bir də çətindir. O, əsl qayğının, məhəbbətindir, Sevgisiz zindandır qadın ürəyi. Daşı da əridər, daş da olar o, Əriyib gözlərdə yaş da olar o. Bahar da olar o, qış da olar o, Damladır, ümmandır qadın ürəyi. Onunla dünyadır sənə qəfəs də, Onsuz heç yaşama bu torpaq üstə. Sevən bir ürəyə axır nəfəsdə Ən gözəl dərmandır qadın ürəyi. Onu alçaldan da, ucaldan da biz, Dərd verib, vədəsiz qocaldan da biz. Qədrini biləndə bu cahanda biz, Həmişə cavandır qadın ürəyi. Bəzən gül tək solar acı bir sözdən, Ağlayar xəlvəti, gülsə də üzdənE Bəzən uşaq kimi bir ürəksizdən Məhəbbət umandır qadın ürəyi. Bir namərd əlindən zəhər içəndə, Keçirər ömrünü o, yas içində. Bəzən ən qiymətli libas içində, Nalədir, fəğandır qadın ürəyi. Sənsiz əl çəkərəm arzudan, kamdan, Nə çıxar sevgisiz-sənsiz ilhamdan? İncitsən, dözərəm, Tofiq Bayramdan İncimə, amandır, qadın ürəyi! ... Devamı

Senin...

2011-04-17 12:06:00
Senin... |  görsel 1

Gəl qardaş aldanma bu dünyaya sən, Vurulmaz o qara qaşına sənin. Bir ömür dünyaya ...firon eyləyər, Bir gündə daş ələr başına sənin. Dağıtsan yaranar eyni cür yenə, Göz dikər adicə daşına sənin. Yansan bir zərrə də su verməz sənə, Su qatar bişməmiş aşına sənin. Tutmağı bilənə maşadır dünya, Bacarsan tac olar başına sənin. Qartalı 10ca il yaşadır dünya, Baxmaz hər neçədir yaşına sənin. Piyada gəzdirər can sağlığında, Ölünü mindirər maşına sənin. Sağ ikən əlini uzatmaz amma Ölsən qucaq açar nâşına sənin.   Kul olsun ay dunya basina senin...   Devamı

Unut dedin

2011-04-17 12:02:00
Unut dedin |  görsel 1

Gəl qardaş aldanma bu dünyaya sən, Vurulmaz o qara qaşına sənin. Bir ömür dünyaya ...firon eyləyər, Bir gündə daş ələr başına sənin. Dağıtsan yaranar eyni cür yenə, Göz dikər adicə daşına sənin. Yansan bir zərrə də su verməz sənə, Su qatar bişməmiş aşına sənin. Tutmağı bilənə maşadır dünya, Bacarsan tac olar başına sənin. Qartalı 10ca il yaşadır dünya, Baxmaz hər neçədir yaşına sənin. Piyada gəzdirər can sağlığında, Ölünü mindirər maşına sənin. Sağ ikən əlini uzatmaz amma Ölsən qucaq açar nâşına sənin. Devamı

Behanedi...

2011-04-17 11:58:00
Behanedi... |  görsel 1

  Dişlərim töküldü,saçım ağardı, Yaşın nə günahı?,yaş bəhanədi. Taleyim daş atdı,başımı yardı, Buna daş neyləsin?,daş bəhanədi. ...Bəzən baharda da saralır yarpaq, Taleyin əlində hər şey oyuncaq, İnsanı öldürən əcəldir ancaq, Azar da ,bezar da, boş bəhanədi. Lağ etmə bədbəxtə, gülmə nakama, Bədbəxt can atmaqla,yetişməz kama, Bəxtinnən qar yağdı, ömür bağçana, Buna qış neyləsin?,qış bəhanədi. Mən quzeyli oldum, bəxtim güneyli, Ona çatammadım, çalışdım xeyli, BƏXTİYAR bəxtinnən oldun gileyli, Buda səninçün xoş bəhanədi..... Devamı

Ne demek?!

2011-04-14 10:45:00
Ne demek?! |  görsel 1

Bitecegini bile-bile yasamak... Kendini bile kandirmak ne demek?! Kaybedecegini bile-bile surdurmek... Ona veda etmek de ne demek?!   "O"  ya vardir, ya yoktur... Doneceginden emin olmamakta ne demek?! "O" ya gider, ya kalir... Cismi gidip,ruhu kalmakta ne demek?!   "O" kaybolur, "Ben" susarim... Beklemem demeyi kalpe ogretmekde ne demek?! Once beyin konusur, sonra kalp... Dilin konustuguna inanip, aldanmakta ne demek?!   Ne ayriliklar yasadik biz... Elbet selametle gidip, selametle donecek! Mevlana derki:"NE OLURSAN OL, YINE GEL!!!" Sen gel! Donupte bulmamak ne demek!!! Devamı

Aldadim

2011-04-10 19:09:00

  Yoldan ötən xanımlara Baxım, gözümü aldadım. Qoy özgələr aldadınca, Özüm özümü aldadım. ...Ömrüm-günün bu cağında Nə umuram sabahımdan?! Oturum yol qırağında Yorğun dizimi aldadım. Başım dik, belim bükülü, Yanmışam külüm tökülür, Bir az üfürüm bu külü, Sönən közümü aldadım. Ömrümün son gecəsində, Üstümü əcəl kəsəndə, Ölməyim son nəfəsimdə, Son nəfəsimi aldadım... Devamı

"Sehidler"den

2011-03-25 19:15:00

Qantökən öz tökdüyü qana cavab vermədi, Cavab vermək bir yana,"Yox,mən haqlıyam!",-dedi. Adamların başına od ələmək haqq imiş? Səksən yaşlı qarını,on üç yaşlı uşağı güllələmək haqq imiş? Olmayan bir günahı qan ilə yumaq üçün, Bizim hüququmuzu bizdən qorumaq üçün Qanımızın günahsız tökülməsi haqq imiş? Zorlunun əllərilə haqlının qollarının bükülməsi haqq imiş? Məntiqə bax,ay ALLAH! Qanımızı tökənə bundan sonra yenə də biz inanaq,ay ALLAH? Budurmu yaratdığı təzə hüquqi dövlət? Budurmu vəd etdiyi müstəqillik,səadət? Bəs bu qanunsuzluğun harası qanun oldu? Qatıq dönüb süd oldu,əvvəl dönüb son oldu? Bu,hüquqi dövlətin bizə bəxş elədiyi-hüququymuş,bilmədik. Hüquqi dövlətdəki hüquq buymuş,bilmədik. Əcnəbi ölkələrdə birini öldürürlər,ya ölkədən sürürlər,küy-kələk qaldırırsan. Öz ölkəndə sən özün günahsız insanları məhkəməsiz qırırsan. Hamısına bir adla"ekstremist"-deyə,hələ damğa vurursan. Bu boyda məmləkətdə,bütün xalqlar,heç demə,"ekstremist"imiş Hamı xoşbəxtliyindən,nəşəsindən məst imiş?!..... Devamı

Buyurun...

2011-03-03 18:44:00

Burada istek ve goruslerinizi,suallarinizi paylasa bilersiniz... Devamı

Xezan olur...

2011-01-24 02:38:00

Bir dalga heyatdan tutan ellerimi qopartdi Toxunsalar yixilacam,kulekle sovrulacam Arsiz,ruhsuz insan yigini seni menden aldi Mense aglayiram,belke seni goz yaslarimda tapam... Qandallar vurulub dilime,acabilmirem Qelbimde hesret kulekleridir ele hey esen Men gozleyenem,sense cekib geden Amma hemise yarpaqdir agaci terk eden Onunda sonu xezan olur bilmirmisen??? Devamı

Sebeb axtarma...

2011-01-15 19:21:00

. Səbəb axtarma Neynim otuz illik məhəbbətindən, Son illər yüz dəfə sən dönə bildin. Səni yalvarışla qaytarmışdım mən, Sənsə dönməyinlə öyünə bildin! Bunlar nə deməkdir ? Bir düşün sən də. Ölüb məhəbbətin məhəbbətində Neçə yol küsüşdük... Küsüşən anda Barışmaq istədim, əyilmədin sən. Mən öz qələbəmə peşman olanda, Sən öz qələbənlə fərəhlənmisən. Gəl səbəb axtarma, ürəyin bom-boş. Bunu məndən gözəl bilirsən yəqin. Səbəb sevgisini çoxdan unutmuş, O səbəb axtaran qəldbindir sənin!   Devamı

QEYRETMI AGILMI?

2010-12-24 20:58:00

Hanı dəlilərin, a nənəm Nigar, Namərdlər doğuldu bu zəmanədə. Dədəsi kor olan qoç koroğlular Özləri kor oldu bu zəmanədə Alı dədəmizin gözü kor oldu, Çağdaş gədələrin özü kor oldu. Törədi Koroğlu dəlilərindən Savadlı, bilikli "ağıllılar" hey. Bu ağıl hünərə deyil, bəs nədən Kölə ehtiyata səcdə qılar hey? Vaxtın havasına baş əyən ağıl Hava bürosudur, o, ağıl deyil. Sabahı bu gündən bəlləyən ağıl Bilikdir, arzuya, eşqə yol deyil. Onlara özgəsi hamıdan yaxın, Onların özləri özünə özgə. Bəli, hər şeyi var "ağıllıların", Mərdlikdən savayı, qeyrətdən özgə. Elə hey deyirsən: - "Fərasətimiz Çatışmır, ağıllı olmalıyıq biz". Sən ağıl deyəndə nəyi deyirsən? Məni əyən ağlı istəmirəm mən. Həmişə danışdıq yerli-yataqlı, Niyə azalmadı bir dərya dərdim? Bizi ehtiyata çağıran ağlı Bir çimdik qeyrətə dəyişdirərdim. Qeyrət azadlıqdır, bu amal üçün Qeyrət addımlayır Yer kürəsini. Qeyrətdir dəyişib yaradan bu gün, Dünyanın siyasi xəritəsini. Qoy ağıl, qeyrətin getsin dalınca, Qoy yedək olmasın ağıla qeyrət. Ağlımız qeyrətdən geri qalınca Dönür əfsanəyə, nağıla qeyrət. El deyib: "Ağıllı fikirləşincə, Dəli vurub keçdi çayı bir anda". De görək, neylədi ağıllı Həmzə Dəlilər "huy" - deyib cəbhə yaranda? Dəlilik istərəm, ağıllı başdan Qar yağar, soyuqdur onun tədbiri. Dəlibaş atəşdir, o keçər daşdan, Şumlar daş dözümü, əridər səbri. "Ağıl", "ağıl" - deyən boş nağılların Dalında həmişə qorxu gizlənər. Dünyada açılan bütün yolların Əvvəli qeyrətdir, axın zəfər. Bizə qeyrət gərək, bizə od gərək, Ölümə getməyə istedad gərək. ... Devamı

Biraksaydinda yalniz kalsaydim(Can Yucel)

2010-12-24 20:52:00

Keşke hep masum kalsaydın benim için, Uzaktan ve duvarlara dayanarak izleseydim seni, Keşke tanışma...mıza hiç fırsat olmasaydı, Ve seni hayatıma şeker misali karıştırmasaydım, Hayat kavramım senden ibaret olmasaydı keşke, Seni hayatımın öznesi yaptım da ne oldu? Her gece bir acı, her anımda yaralı bir kalp.. Öznesi olmayan bir hayata mahkûm bir nesne kaldım sayende, Oysa ne kadar masumdun önceleri, Bir gülerdin dünya gülerdi sanki, Kazara göz göze gelsek yıkılırdı içim, Öpülesi bir el uzanırdı tenime. Dokunurdu içime işlercesine.. Ne güzeldi eskiden, uzaktan seyreder, En yakınlarıma anlatırdım seni, Ne masumdun sen bana... Aniden çıkınca karşıma, Yağmuruna kavuşmuş toprak misali sevindi yüreğim... Devamı

Sen menim esq adli deliliyimsen(RUSTEM BEHRUDI)

2010-12-17 20:53:00

"Sen menim eşq adlı deliliyimsen" Deyirdim başıma dəlilik gələr , Bir gün 27 yaşımda bəlkə . Otuzu adladım ... Xəbərsizəm mən , Dəlilik yaşayır başımda mənim . Mən ruh adamıyam ... ruhumda sənsən , Ruhuma qul olan sözdü can , ancaq . Nəyim var al , götür eşqinən gələn Dəlilik istərəm Tanrıdan ancaq . Mən sənə yaxınam , özündən yaxın , Sən mənə uzaqsan nə qədər Allah , Xoşbəxtlik gətirmir bu sevinc niyə , De niyə öldürmür bu kədər Allah ! Yaxınsan , duyarsan pıçıldasam mən , Əlimi uzatsam saçlarındadı . Bəs niyə gözlərin ayrılıq deyir , Bəs niyə sözlərin ayrılıq dadır ? Sənin yollarinda ayrılıq , mənim Yollarımda qəza - qədər yaşayır . Mənim ürəyimdə sənin gözlərin , Sənin gözlərində kədər yaşayır . Sənə qovuşmağa gəlirəm , yetər Bəndənəm , gözünü yola dik Allah ! Bagışla sözumdən dəlilik yagır , Sevgidən ölməkdi dəlilik , Allah ! Elə ayrılıq da , vüsal da səndə , Tanrısan , bəndəsən de axı kimsən ?! Sən mənim ən həzin kədərli nəğməm , Sən mənim eşq adlı dəliliyimsən . Mən sənə yaxınam , özündən yaxın , Sən mənə uzaqsan nə qədər Allah . Xoşbəxtlik getirmir bu sevinc niyə , De niyə öldürmür bu kədər Allah ?! ... Devamı

Sadelik

2010-12-17 20:49:00

Sadəlik könlümün naləsi olub, Onunla şər-xəta gəlib ömrümə. Kiməki can deyib,yandım ürəkdən, Canım oda yandı,alışdı könlüm. Kimiki yaxın dost sandım ürəkdən, Son anda düşmənə çevrilən gördüm. Aldı qucağına məni dərd kədər, Həyat hər addımda sınadı yaman. Bəzən ürəyimi didir şübhələr, Qismətim talehim budurmu aman?! Şeytanlar görmüşəm mələk donunda, Hamısı xoş günün mələyi olub. Dar gündə,Kimsəsiz qaldığım anda, Tək Allah duası köməyim olub... Devamı

Bir yagisli negme

2010-12-17 20:41:00

Ürəyim incələr yağış yağanda, Yadıma doğmalar,əzizlər gələr. Nədənsə gecələr yağış yağanda, Yuxuma dəryalar,dənizlər gələr. Gecə yağış yağar-min səs,min səda, Tikanlı nəğmələr dinləyər gecə, İynələr sancılan,iynələr batan, Zənci bədənitək inləyər gecə. Gecə yağış yağar-qəmlə köklənən, Bir şair qəlbini əzizləməkçin. Gecə yağış yağar-gündüz çirklənən, Günahkar dünyanı təmizləməkçin. Səma sahibkarı kövrələr yenə, Açar sandıqları,dəfinələri, Gecə yağış yağar-yağar şerimə, Yuyar hecaları,qafiyələri. Gözlərim yorulub yorğun Ay kimi, Söndürüb işığı yatacağam mən. İndi otağımı kəlağay kimi, Gecənin çiyninə atacağam mən. İndi otağıma dolacaq gecə, Gecəni yanımda qalacaq gecə. Səhər açılanda mənim evimdən, Qupquru çıxacaq bir otaq gecə.. Devamı

Gecikmis mehebbet

2010-12-17 20:38:00

Sen gizli gelmisen omrume inan. Bu gizli esq ile yasayacagam Dunyanin en agir yuku sayilan, Gecikmis mehebbet dasiyacagam. Sen menim omrumde acan ciceksen. Onu ureyimde besleyeceyem. Sen meni hec zaman gormeyeceksen Men seni her zaman gozleyeceyem Uzaqdan goz qoyub gozune senin Sanki, goreceyem Allahimi men. Dusub qaris-qaris izine senin Ezberleyeceyem yollarini men Seni zerre-zerre kesf edeceyem Seni milyon kere kesf edeceyem Her gunu adinla baslayacagam Her gunu adinla bitireceyem. Seni royalarda oxsayacagam Seni xeyallarda itireceyem. Sen meni hec zaman duymuycaqsan Men butun omrunu izleyeceyem Sen mene mehel de qoymayacaqsan Men seni hemise sesleyeceyem. Her gun menim ucun dogulacaqsan, Her gun menim ucun yox olacaqsan, Menim sevincim de sen olacaqsan Menim kederim de sen olacaqsan. Men senin adina her saat, her an, Qelbimde mektublar yollayacagam. Sen hec vaxt fikrimden cixmayacaqsan, Men hec vaxt yadinda qalmayacagam. Belece, hesretle qalacagam, Kecib her alovdan, kecib her oddan, Boyuk ezabindan sad olacagam, Sen mene heyatda en dogma adam, Men sene yaddan da yad olacagam, Sen omur edeceksen ayri adamla, Men kimem, neciyem bilmeyeceksen Bir gun bu dunyadan senin adinla, Kocub gedeceyem, bilmiyeceksen..... ... Devamı

2010-12-15 19:15:00

Devamı

Goz yaslarim

2010-12-15 13:25:00

Fələk həyatımdan hər gün pay aldı Təbəssümüm soldu, bənzim qaraldı Dünəndən bugünə mənə nə qaldı? Yorulmuş sifətim, bəyaz saçlarım Məndən inciməyin, ey göz yaşlarım. Nə dost tapdım ürəyimi açmağa Nə yer tapdım başım alıb qaçmağa Qanadlanıb Haqq dərgaha uçmağa Bir lələk vermədi Cənnət quşlarım Məndən inciməyin, ey göz yaşlarım. Vicdan su qiyməti, günah çox ürək daş deyil ki, lal olub baxa Qaldınız gözümdən hey axa – axa Dondu üfüqlərdə key baxışlarım Məndən inciməyin, ey göz yaşlarım. Həyat dövran etdi başqa bizimdə Mənliyim sırındı ölüm gözündə Bircə siz qaldınız ovuc içində Təbəssümə küsdü üz qırışlarım Məndən inciməyin, ey göz yaşlarım. Bir – bir tərk elədi yol yoldaşlarım Məndən inciməyin, ey göz yaşlarım. Gərçəklər gizləndi, həqiqət qorxdu Doğru, düz cəpərdə ayaрən burxdu Başa düş, yetimsən, sevənin yoxdu! Dol, islan gözlərim, çatıl qaşlarım Məndən inciməyin, ey göz yaşlarım.. ... Devamı

Sirin-sirin yuxudaydiq

2010-12-15 13:20:00

Şirin-şirin yuxudaydıq, Bir zalım oyatdı bizi. Anaların gucağından Bu dünyaya atdı bizi. Düşdük yolların ağına, Baxtımızın sorağına, Qatdı bizi qabağına, Əlində oynatdı bizi. Biz ki yol nədi bilməzdik, Biz ki öl nədi bilməzdik, Bilsək dünyaya gəlməzdik, Analar aldatdı bizi.. Devamı

Umidsiz gulum(QONSU QIZI JALE)

2010-12-15 13:08:00

Seni gulum kimler qopardi? Esqini qelbinden kimler apardi? Bele bigane qalmazdin mene... Araya nifaqi de kimler saldi? Gulum, esitmisem aglarsan orda, Her gun qalibdi gozlerin yolda. Deyirler duygular olubdu senin, Omrune gelibdi o son bahar da. Bir gunun icinde ehdini dandin, Onlarin sozune sen de aldandin. Inandim vefana yaniltin meni, Gulum iylemerem, deribler seni. ... Devamı

Meni gormemisen...

2010-12-12 16:43:00

Bəzən büdrəmişəm, düzü yanında, Sevgidən salmışam sözü yanında. Min dəfə keçmişəm azı yanınnan, Məni görməmisən, görməmisən sən. Gözlərim həsrətlə dolub qalmışam, Yolunda gül kimi solub qalmışam, Üz-üzə gələndə donub qalmışam, Məni görməmisən, görməmisən sən. İzini ömrümə düzüb keçmisən, Keçdiyin yollardan bezib keçmisən. Yanımnan qanqalı üzüb keçmisən, Məni görməmisən, görməmisən sən Mənəmi veribsən sənsiz küçəni? Alıb aparıbsan sirli gecəmi. Yalançı yuxular aldadıb səni, Məni görməmisən, görməmisən sən. Yaxşı istəyibsən, yaman tapmısan, Günəş axtarıbsan, duman tapmısan, Həqiqət gəzibsən, yalan tapmısan, Məni görməmisən, görməmisən sən. Dönüb boylanıbsan ötərgi səs, Mənəm sənin üçün yarpağtək əsən, Xətrinə dəyməsin, korsan ya nəsən? Məni görməmisən, görməmisən sən. Payız demirəm ki, ömrün yaz olsun, Yüz il də,min il də sənə az olsun, Ölsən, başdaşına bu söz yazılsın, "Məni görməmisən,görməmisən sən!" ... Devamı

Qayit...(Eli Kerim)

2010-12-12 16:25:00

Həsrətin araya atdı,dağ,dərə, Sönən işıq oldun,batan səs oldun. Qayıt,mənim gülüm,qayıt bu yerə, Ey mənim istəyim,nə gəlməz oldun??? Ümidlər,arzular pərən-pərəndir, Qəlbə təsəllidir xatirələrim. Bir halımı soruş,könlümü dindir, Axşamlar yadıma düşür səhərim. Qayıt,mənim gülüm,yerbəyer elə Dərdli səhərləri,gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən. Qayıt,yerinə qoy Ayı,Günəşi,- Yenə olduğu tək görüm həyatı. Qayıt,gözüm nuru,könlüm atəşi, Qayıt,səhmana sal bu kainatı Devamı

Indi gedeceyem...

2010-12-12 16:20:00

Indi gedeceyem, tek qalacaqsan, Sıxacaq bu çılpaq divarlar seni. özün öz evinde mene qonaqsan, Bir azdan kederler qovarlar seni... çağırma ! özüne qayıdar sesin, Sesin divarlarda sürüşecekdir. çırpınıb içinde bu daş qefesin, Xeyalın eksimle görüşecekdir. Güzgü yaddaşında ne qalacaqdır ki ?! Xumarlı gözlermi, perişan telmi ? Yalandan gözünü yumacaqsan ki, Yatasan... Terslikden yuxun da gelmir. Boş qalan stolda görünür yerim, Otağın bir hesret adası olar. Pilleleri döyen ayaq seslerim ürek döyüntünün sedası olar. Sükut qanadını üstüme serib, Boşalan üreyin dolacaq yene. Külqabı içinde baş başa verib ölü siqaretler qalacaq sene... Ele qemli baxma ! Izin ver gedim, Senin biçin yerin, zemin deyilem. Yalın ayağımla hemdemin idim, Geyindim... Men artıq senin deyilem ..! Devamı

Sevginin tilsiminden

2010-12-12 16:09:00

Həyat bizim üçün çox ağır oldu, Bizim halımız bu, rüzgarımız bu. Bu qədər bağlıykən könul-könülə, Qorxuram həyatın hər zərbəsindən. Biz gərək çıxmayaq bircə dəm belə Sevginin tilsimli cazibəsindən. Bir kökdən cücərir hər istəyimiz, Eyni bir taleyi tən bölüşmüşük. Çəkmə taylarıtək sağ-sol idik biz, Sonradan gör necə tayekeş duşmuşuk. İstək başımızda döndu qaxınca, Tənələr dəmbədəm xırpalar bizi. Məhəbbət dəmində ucaldan uca, Həyat qəpik-qəpik xırdalar bizi. Gətir xatirinə gecə-gündüzü, Biri qapqaradır, biri ağappaq. Sevginin bu tayı sevginin özü, Sevginin o tayı gileydir ancaq. Sevginin tilsimli cazibəsindən Gəl, gülüm, çıxmayaq, aman, çıxmayaq! Devamı

Sen getmisen

2010-12-08 15:53:00

Sən getmisən, sanma sevgim yox olub. O ölməyib, yaşayır,əvvəlki tək. O səninlə, mənim ilədoğulub, O son dəfə mənim iləöləcək. O taledən ikimizin payıdı, İkimizin ürəyində göyərdi Zaman-zaman neçə ildi, ay idi, Hər gün bizim qəlbimizi döyərdi. O düşmüşdü ağızlara, dillərə, Nəğmələrin qanadında uçurdu. Şer olub dolaşırdı elləri, Öz qoynunu sevənlərə açırdı. Müqəddəsdi... yaranmışdı çün haqdan, Onu əyə bilməmişdi bir fələk. Çıxmışdı hər imtahandan, sınaqdan, İki ürək olmuş idi bir ürək. Nə qədər ki, yaşayıram mən varam, O da sağdır, demək o da yaşayır. Ona bir yad nəfəs dəyə,qoymaram, Mən bu yolda ağartmışam başımı. İllər ilə yar qadasın yar alar, İndi biz tək sevən hanı, əzizim? Biz ikimiz o dastanı yaratdıq, Mən, sən yazdıq o dastanı əzizim. O dastanın öz ünvanı, öz adı. Yalnız gülüm, bizim ikimiz olduq, Həmi onun müəllifi, ustadı, Həmi onun qəhrəmanı, biz olduq. Güc alıram daim onun gücündən. Onu yalnız zaman, silə biləcək. O sədadır, o nalədir, içimdə. Yalnız gülüm, o mənimlə öləcək. ... Devamı

Gedek biz olmayan yere

2010-12-08 14:16:00

Gəl, əl-ələ tutub gedək, Gedək biz olmayan yerə. Hər dərdi unudub gedək Dərdimiz olmayan yerə. Burda qoyaq özümüzü, Bu qırışan üzümüzü, Bu köhnələn sözümüzü, Gedək söz olmayan yerə. Bir kimsə tutmasın xəbər Gəl, çıxıb gedək birtəhər Bu ev, bu küçə, bu şəhər, Bu dəniz olmayan yerə. ...Atam oğlu, az çapala, Sən deyən çətin tapıla, Bu Ramizi kim aparar Bu Ramiz olmayan yerə?! Devamı

Bir quru salam(Abdulla Saiq)

2010-12-08 13:56:00

Qorxma susmağımdan ay ürək param Nəyinə gərəkdi bir quru salam Verməsəm dağılan deyilki dünyan Mənki həsrətinlə hələki sağam *** Gülümsə gözlərin görməsin qəmi Unut olanları olmamış kimi Daha məndə yoldan ötən bir yadam Nəyinə gərəkdi bir quru salam *** Bir sevgi kəlməsi gizlənəcəksə Sənə verəcəyim hər salamımda Sevgim gizlənməkdən hey bezəcəksə Nəyimə gərəkdi bir quru salam... ( İlham Pərim , sən elə bir dərdimsənki onu həm verirsən , həmdəki mənimlə bölürsən. Bütün bular üçündə xoşbəxtəm. Görəsən səndə xoşbəxtsənmi?. Xoşbəxtsənsə bütün bunlar üçünmü?... ) Devamı

Dun o gozlerde...(Cefer Cabbarli)

2010-12-08 13:34:00

Dün o gözlərdə inliyən sevgi, O baxışlarda titrəyən xülya, Gülüşündən uçan səmimiyyət Varlığından gülümsəyən sevda Ruhi sar-sar əsirin eylərdi. Utanıb dün çiçək kibi qızaran, Şu yanaqlar bəharə bənzərdi. Gül dodaqlar əsər, susar, utanar, Gözlərin bildirirdi hər dərdi. Həm də pək şairanə söylərdi Tellərindən öpüncə aydınlıq. Ləblərindən gülümsüyürdü həyat O zaman bən sənin əsirin idim, Çünki məsum idin, fəqət heyhat! Şimdi hər şey havaya savruldu, Böyüdün, bir qədər də oldun şən. Dillə "sevdim" diyorsan imdi, fəqət, Dinməmiş gözlərindən anladığiım... Eşq yox, zövq yox, yetər! Get, Get!.. Nerdedir gorduyum o semimiyyet.. Niye yavrum riyaye cevrildi ... Devamı